"Korporativ Sosial Məsuliyyət və Dayanıqlılıq” mövzusunda alman professorun vebinarı
Avqustun 9-u saat 16:00-da Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Alman professor Rupert Brandmeierin “Korporativ Sosial Məsuliyyət və Dayanıqlılıq” mövzusunda vebinarı təşkil olunacaq.
Vebinar ingilis dilində baş tutacaq və arzu edən hər kəs iştirak edə bilər.
Vebinar iştirakçılarına sertifikat təqdim olunacaq.
Professor Brandmeier biznes və iqtisadiyyat sahələri üzrə ixtisaslaşıb, 20 ildən çox pedaqoji təcrübəyə malikdir. Eyni zamanda uzun illər biznes və menecment sahələrində çalışıb. Hazırda Professor Brandmeier, Almaniyada və xaricdə bir neçə universitetdə tədris aparmaqla yanaşı, biznes məsləhətçisi kimi də, fəaliyyətini davam etdirir.
Vebinarın linki: