Qərbi Kaspi Universiteti

“Mühəndislikdə riyazi metodlar və mexatronik sistemlər” Beynəlxalq elmi-praktik konfransı

“Mühəndislikdə riyazi metodlar və mexatronik sistemlər” Beynəlxalq elmi-praktik konfransı

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə 19 aprel 2023-cü il tarixində Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Mühəndislikdə riyazi metodlar və mexatronik sistemlər” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Konfrans aşağıdakı bölmələr üzrə aparılacaqdır:

  • Tətbiqi riyaziyyatı
  • Fizika
  • Mühəndislik sistemlərində süni intelekt
  • Kompüter elmləri

Məqalə və tezislərin elektron qəbulu ən gec 17.04.2023-cü il tarixinədək aşağıdakı elektron poçta göndərilməlidir:

E-mail: conference.2022@wcu.edu.az

 

Konfransın dili və tələb olunan qaydalar:

Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində yazıla bilər. Mətn “Microsoft Word for Windows” redaktorunda Times New Roman şriftilə (hərflərin ölçüsü-12, interval-1) yığılmalı, A4 formatlı standartla (210x297 mm) – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 3-5 səhifədən çox olmasın.

Mətnin əvvəlində bölmə göstərilir, bir sətir sonra sağdan tədqiqatçının soyadı, adı va atasının adı, onun altında elmi dərəcəsi, müssisəsinin adı, e-poçt ünvanı, telefon nömrəsi və növbəti sətirin mərkəzində isə konfrans materialının adı Boyük həriflərlə yazılmalıdır.

Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilməlidir:

Ədəbiyyat siyahısı mətnin sonunda rast gəlmə sırası ilə verilir.

Ədəbiyyət siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir.

Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidır.

İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində […] göstərilir.

Məqalələrə görə müəlliflər məsuliyyət daşıyır.

 

Əlaqə üçün:

E-mail: conference.2022@wcu.edu.az

Telefon: +994 12 565 39 74 (Elm şöbəsi)

Ünvan: Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A, AZ1072

 

 

KONFRANSIN BÖLMƏSİ  (Mütləq qeyd olunmalıdır)

Müəllifin adı, ata adı, soyadı  

Təşkilat, Ali təhsil müəssisəsi (kursiv yazı formasında)

Email: (kursiv yazı formasında)

 

TEZİSİN ADI (Qalın və böyük hərflərlə)

 

ABSTRACT

( ingilis dilində 50-100 söz)

Keywords: minimum 3, maximum 5 words.

Mətin bölünür (Giriş, əsas mətn, nəticə, ədəbiyyat siyahısı)

Məqalənin Azərbaycan və ya Rus dillərindən hərhansı birində yazılmışdırsa, İngilis dilində xülasə və açar sözlər qeyd olunmalıdır. (12 şrift, 1 interval)