Qərbi Kaspi Universiteti

Qərbi Kaspi Universiteti doktorantura və dissertanturaya qəbul elan edir

Qərbi Kaspi Universiteti aşağıdakı  ixtisaslar üzrə 2022-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

 

FƏLSƏFƏ DOKTORU PROQRAMLARI ÜZRƏ DOKTORANTURAYA AYRILAN PLAN YERLƏRİNİN SAYI

 

İxtisaslar

İxtisasın şifri

Ödənişli əsaslarla

Əyani

Qiyabi

1.

Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi

3338.01

1

1

 

2.

Daxili fiskal  siyasət və dövlət maliyyəsi

5301.01

1

1

 

3.

Ümumi iqtisadiyyat

5308.01

1

 

1

4.

Dünya iqtisadiyyatı

5310.01

1

 

1

5.

Sahə iqtisadiyyatı

5312.01

1

1

 

6.

German dilləri

5708.01

1

1

 

7.

Dünya ədəbiyyatı

5718.01

1

 

1

8.

Beynəlxalq münasibətlər

5901.01

1

1

 

9.

Siyasi institutlar və sistemlər

5904.01

1

1

 

10

Texniki estetika və dizayn

6217.01

1

 

1

 

FƏLSƏFƏ DOKTORU PROQRAMI ÜZRƏ DİSSERTANTURAYA AYRILAN PLAN YERLƏRİNİN SAYI

 

İxtisaslar

İxtisasın şifri

Ödənişli əsaslarla

1.

Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi

3338.01

1

2.

Daxili fiskal  siyasət və dövlət maliyyəsi

5301.01

1

3.

Ümumi iqtisadiyyat

5308.01

1

4.

Dünya iqtisadiyyatı

5310.01

1

5.

Sahə iqtisadiyyatı

5312.01

1

6.

German dilləri

5708.01

1

7.

Dünya ədəbiyyatı

5718.01

1

8.

Beynəlxalq münasibətlər

5901.01

1

9.

Siyasi institutlar və sistemlər

5904.01

1

10

Texniki estetika və dizayn

6217.01

1

 

Doktorantura və dissertantura yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizə (rektorun adına);
  • kadrların şəxsi qeydiyyat vərəqəsi;
  • tərcümeyi-hal;
  • iş yerindən xasiyyətnamə;
  • 3 ədəd fotoşəkil (3x4  ölçüdə);
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas  üzrə referat;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun və diploma əlavənin müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Qəbul qaydaları:

1. Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyul 2010-cu il tarixli 129 nömrəli “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”na müvafiq olaraq aparılır.

2. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

3. Elmlər doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya ali təhsil pilləsinin müəyyən sahələri üzrə fəlsəfə doktorları, yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsahibə əsasında qəbul olunurlar.

4. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul olmaq üçün ancaq DİM-in (Dövlət İmtahan Mərkəzi) keçirdiyi xarici dil imtahanından minimal balı (25 bal) toplayan şəxslər sənədlərini təqdim edə bilərlər.

5. Qeydiyyat tarixi 5 aprel 2022-ci il tarixdən 5 may 2022-ci il tarixinədək (portal.edu.az saytı vasitəsilə onlayn formada) davam edəcəkdir.

6. Doktoranturaya sənəd qəbulunun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TİMS) vasitəsilə elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinin tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək, təlimatlara (Təlimatlar əlavə edilir) uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

7. Fəlsəfə fənni üzrə imtahan doktoranturaya qəbulu həyata keçirən ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatların tabe olduqları müvafiq qurumlar tərəfindən müəyyən olunmuş ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatlarda həyata keçirilir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. İmtahanın məzmunu (proqramı) AMEA və Nazirlik tərəfindən birgə müəyyənləşdirilir.

 8. Təhsil haqqı müqavilə əsasında müəyyən edilir.

9. Əlavə məlumat almaq istəyənlər Qərbi Kaspi Universitetinin Magistratura və doktorantura şöbəsi ilə əlaqə saxlaya bilərlər.

         Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 31

         Tel: (+99412) 492 61 63; 492 74 18 (17)

         Fax: (+994 12) 4926701

         E-mail: doktorantura@wu.edu.az