Qərbi Kaspi Universiteti

Beynəlxalq Bankı ilə birgə

Beynəlxalq Bankı ilə birgə

Qərbi Kaspi Universiteti Azərbaycan Beynəlxalq Bankı ilə birgə həyata keçirdiyi "Qoşa saat" layihəsi çərçivəsində tələbələrimiz üçün növbəti təlimi təşkil edir.

"Bankda ön ofis işinin əsasları" mövzusunda 30 noyabr saat 11.00-da keçiriləcək təlimi ABB-nin İşə qəbul və planlaşdırma şöbəsinin müdiri Orxan Əliyev və Filiallarla iş departamentinin direktoru Rəşad Abbasov aparacaqlar.

Təlim Universitetimizin Əhməd Rəcəbli korpusunda yerləşən Akt zalında keçiriləcək.