Qərbi Kaspi Universiteti

Elmi tədqiqatlar

Xəzər Dənizi Problemləri Elmi-tədqiqat Mərkəzinin təcrübə bazasında

Qərbi Kaspi Universitetinin Yüksək Texnologiylar və İnnovativ Mühəndislik Məktəbi, Təbiət elmləri kafedrasının Meşəçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələri universitetin Xəzər Dənizi Problemləri Elmi-tədqiqat Mərkəzinin təcrübə bazasında olublar.

Mərkəzin seminar zalında kafedranın müəllimi Ədilağa Məlikov meşə salınmasının quruluşu, əkin sahəsinin seçilməsi, ağac tinglərinin əkilmə qaydaları haqqında izahat verib. Tələbələr Xəzər dənizi sahilinin landşaftına və torpaq-iqlim şəraitinə uyğun olan şam, zeytun, nar tinglərini açıq sahəyə köçürüblər.

Təbiət Elmləri kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Səltənət Ağayeva Xəzər dənizinin flora və faunasının tədqiqat metodları barədə məlumat verib, tələbələr dənizdən götürülmüş su nümunəsindəki canlıların mikroskopda görüntülərini izləyiblər.

Qalereya