Xəzər dənizinin ekoloji vəziyyəti, biomüxtəlifliyi
Qərbi Kaspi Universitetinin tələbələri universitetin Xəzər Elmi Tədqiqat Mərkəzində olublar
Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik və Tədrisin ingilis və rus dillərində təşkili Fakültələrinin tələbələri "Təbiət elmləri" kafedrasının müəllimləri biologiya üzrə fəlsəfə doktoru M.Hümmətov, kimya üzrə fəlsəfə doktoru L.Qurbanova və "Ekologiya və ətraf mühit" kafedrasının müəllimi kimya üzrə fəlsəfə doktoru Ü.Kərimova-Cəfərovanın iştirakı ilə universitetin "Xəzər Dənizi Problemləri Elmi Tədqiqat Mərkəzi"ndə olublar.
Tələbələrə Xəzər dənizinin ekoloji vəziyyəti, biomüxtəlifliyi, dənizin səviyyəsinin qalxıb-enməsi mövzularında məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.