QKU-da Rəqəmsal Bioriyaziyyat proqramı üzrə xüsusi kurs başlayıb
Qərbi Kaspi Universitetində Rəqəmsal Bioriyaziyyat proqramı üzrə xüsusi kurs başlayıb.
Alman professor Florian Ruppun rəhbərliyi ilə keçirilən xüsusi kurs tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Florian Rupp Qərbi Kaspi Universitetinin Fəxri Professorudur.
O, eyni zamanda universitetin Beynəlxalq Materialşünaslıq və Texnologiyalar Mərkəzində tədqiqatçı, eləcə də “Journal of Smart Technologies and Computational Systems” jurnalının redaksiya heyətinin üzvüdür.
Xüsusi kurs 1 may tarixinə qədər davam edəcək.
https://www.youtube.com/shorts/V2eYjb-nTYQ