Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetinin (QKU) tələbəsi Erasmus+ proqramı çərçivəsində Polşada təhsil alır

Qərbi Kaspi Universitetinin (QKU) tələbəsi Erasmus+ proqramı çərçivəsində Polşada təhsil alır

Qərbi Kaspi Universitetinin Su bioehtiyatları və akvakultura ixtisasının tələbəsi Ləman Əliyeva Erasmus+ tələbə mübadilə proqramı çərçivəsində Polşada akademik fəaliyyətini davam etdirir.

O, 1 semestrlik mübadilə proqramı çərçivəsində Olsztin şəhərində Varmiya və Mazuriya Universitetində (University of Warmia and Mazury in Olsztyn) təhsil alır.

 Tələbə beynəlxalq akademik mühitdə elmi və peşəkar inkişafını davam etdirir, qlobal təcrübə və bilik mübadiləsi imkanları əldə edir.

 Tələbəmizə təhsil həyatında uğurlar arzulayırıq!