QKU-nun müəllimi beynəlxalq konfransda çıxış edib
Bakıda “Azərbaycan və Türkiyə universitetləri: təhsil, elm, texnologiya” 1-ci beynəlxalq elmi-praktiki konfransı öz işinə başlayıb.
Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti və Türkiyə Respublikası Ali Təhsil Standartları İdarəsinin təşkilatçılığı ilə keçirilən konfransda Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin müəllimi b.ü.f.d. Ayaz Məmmədov “Azərbaycanda bəzi irsi xəstəliklərin molekulyar genetik tədqiqi” mövusunda çıxış edib.