Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Doktorantura səviyyəsinə qəbul elan olunur

Qərbi Kaspi Universitetinin doktorantura səviyyəsinə qəbul elan olunur.

Universitetdə fəlsəfə doktoru proqramı üzrə Ekologiya (elm sahələri üzrə), Meşəçilik, meşə quruluşu və meşə taksasiyası, Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi, İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi, Daxili fiskal siyasət və dövlət maliyyəsi, Sahə iqtisadiyyatı, Azərbaycan dili, German dilləri, Dünya ədəbiyyatı (ingilis, alman, fransız), Beynəlxalq münasibətlər, həmçinin Texniki estetika və dizayn ixtisasları üzrə qəbul aparılacaq.

Qəbul dövlət sifarişli və ödənişli əsaslarla əyani və qiyabi formada həyata keçiriləcək.

Email: doktorantura@wu.edu.az

Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir və 9 iyun saat 18:00-da yekunlaşacaq.