Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Almaniya universitetləri arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb

Almaniya universitetləri arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb

Almaniya universitetləri arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb

Qərbi Kaspi Universiteti ilə Almaniya universitetləri arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, Universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov Almaniyada təqaüdlü təhsil almaq imkanı yaradan akademik mübadilə proqramı – DAAD təşkilatının dəvəti ilə Almaniyada bir sıra universitetlərdə görüşlər keçirib.
H.Bağırov səfər zamanı Almaniyanın Ebersvalde Tətbiqi Elmlər Universiteti, Brandenburq Texniki Universiteti, Zwickau Tətbiqi Elmlər Universiteti, Yena Tətbiqi Elmlər Universiteti, Maqdeburq-Stendal Tətbiqi Elmlər Universitetinin akademik və inzibati heyəti ilə görüşlərdə birgə elmi tədqiqatlar, tələbə və müəllim mübadiləsi, bir sıra birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
İkitərəfli əməkdaşlıq əlaqələri ilə bağlı müzakirələrdə xüsusilə müxtəlif istiqamətlər üzrə mühəndislik ixtisaslarında ikili diplom proqramları çərçivəsində birgə fəaliyyət barədə razılıq əldə olunub.
Qərbi Kaspi Universiteti hazırda Alman Dili Mərkəzinin yaradılması üzərində iş aparır ki, tələbələrimiz təkcə ingilis dilli proqramlarda deyil, eyni zamanda alman dilli proqramlarda da iştirak edə bilsinlər.
Ölkəmiz üçün xüsusilə əhəmiyyətli olan ixtisaslaşmış aqrar sahədə, emal, cihaz və avadanlıqların idarəedilməsi, təmiri sahəsində mühəndislik ixtisasları ilə bağlı Zwickau Tətbiqi Elmlər Universiteti, Yena Tətbiqi Elmlər Universiteti, Maqdeburq-Stendal Tətbiqi Elmlər Universiteti və Şmalkalden Universitetləri ilə xüsusi güzəştli şərtlərlə kadr hazırlığı barədə razılıq əldə olunub.