Analitik Yazı Müsabiqəsi: “Diplomatiyanın Rəqəmsal Transformasiyası”
Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər Məktəbi və Siyasi Analiz və Diplomatik Simulyasiya Laboratoriyası bakalavr tələbələri üçün analitik esse müsabiqəsi elan edir.
Müsabiqə 24 Aprel – Çoxtərəflilik və Sülh naminə Diplomatiya Beynəlxalq Gününə həsr olunur.
Mövzu:
“Klassik ‘Yumşaq Güc’dən (Soft Power) rəqəmsal və kiber diplomatiyaya keçid”
Şərtlər:
• Həcm: 500–1000 söz
• Dil: Azərbaycan və ya İngilis
• Struktur: Giriş, əsas hissə, nəticə
• Plagiat yolverilməzdir
Mükafat:
I, II və III yerlər – sertifikat və laboratoriya fəaliyyətinə qoşulma imkanı.
Son tarix: 15 Mart, saat 12:00
Göndəriş: PDF formatında, mövzu hissəsində “Yazı Müsabiqəsi – Ad, Soyad, Qrup” qeyd olunmaqla
pads.lab@wcu.edu.az
İştirakçılar: Siyasi və İctimai Elmlər Məktəbinin bakalavr tələbələri.