Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

"informasiya Texnologiyalarının tədrisə tətbiqi" adlı konfrans keçirildi!

Bu gün Qərb Universitetində "İnformasiya Texnologiyalarının tədrisə tətbiqi” adlı konfrans keçirildi.

Konfransı giriş sözü ilə tədris işləri üzrə prorektor f.ü.e.d. prof. Babayeva R.F. açıq elan etdi. Daha sonra Riyaziyyat və Kompüter texnologiyaları kafedrasının müdiri p.ü.f.d., dos. Hacıyeva R.C. informasiya texnologiyalarının tədrisə tətbiqinin müxtəlif yollarından, fənlərarası əlaqələrdən, o cümlədən plagiatlığın yoxlanılması üsulları, ədədi üsulların proqram paketinin hazırlanması və digər riyazi məsələlərin həlli üsulları (proqramlaşdırma dillərindən istifadə etməklə) haqqında məlumat verdi.

Konfransda iştirakçı qismində Qərb Universitetinin professor-müəllim heyəti ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin müəllimləri, AMEA-nın müxtəlif institutlarından və İT ilə məşğul olan şirkətlərin (ProSys və SpectrA High technologies) nümayəndələri iştirak etmişlər.

T.ü.e.d., prof. Ağayev N.B. öz çıxışında tədrisdə İT texnologiyalarından istifadə etməklə plagiatlığın yoxlanılması üsulları haqqında məlumat verərək, qeyd etmişdir ki, məruzə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda aparılmış tədqiqatların nəticələrini özündə birləşdirir.

Konfransda mövcud antiplagiat sistemləri təhlil edilmiş, onların Azərbaycan dilli elmi-texniki və tədris mənbələrinə tətbiqi imkanları araşdırılmışdır.

Ali məktəblərdə tədrisdə istifadə üçün antiplagiat sistemlərin yaradılması istiqamətində görüləcək işlər haqqında təkliflər verilmişdir.