Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

"Ədəbiyyat incəsənət növlərinin qarşılıqlı inikası kontekstində"

30 Oktyabr 2014-cü il tarixində Bakıda "Ədəbiyyat incəsənət növlərinin qarşılıqlı inikası kontekstində" mövzusunda Beynəlxalq elmi konfrans keçirildi. -Konfransda Azərbaycanın elm xadimləri ilə yanaşı B.N.Yeltsin adına Ural Federal Universiteti, Tokio Universiteti, Toronto Universiteti və digər mötəbər ali tədris müəssisələrini təmsil edən Yaponiya, Rusiya, ABŞ, Kanada və İrandan olan tədqiqatçılar – filoloqlar, musiqişünaslar, mədəniyyətşünaslar (kultroloqlar) iştirak etdi. Azərbaycan tərəfindən konfransa Qərb Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Xarici Dillər Universiteti, habelə AMEA-nın Memarlıq və İncəsənət İnstitutu və Nizami adına Ədəbiyyat İnsititunun alimləri qatıldı.

Beynəlxalq konfransın mövzusu müasir elmin prioritet istiqamətlərindən olan fənlərarası tədqiqatlarla bağlıdır. Qeyd etmək lazımdır ki, ədəbiyyat, musiqi və digər incəsənət növlərinin qarşılıqlı əlaqəsi sahəsində fənlərarası tədqiatlara həsr olunmuş konfrans Azərbaycanda ilk dəfə keçirildi. Konfrans Qərb Universiteti və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə keçirildi.