Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetində daha bir respublika elmi konfransı keçiriləcək

23 aprel 2019-cu il tarixində “Xalqın keçmiş tarixi, etnogenezi, sosial əlaqələrinin öyrənilməsində onomastik vahidlər” mövzusunda Respublika elmi konfransı keçiriləcək. Konfransda bu sahə üzrə tanınmış mütəxəssislərin, alimlərin iştirakı nəzərdə tutulur.
Konfransa Qərbi Kaspi Universiteti ilə yanaşı Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, AMEA Nəsimi adına Dilçilik və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitututları, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Heydər Əliyev adına AAHM, Sumqayıt Dövlət Universiteti qatılıb. 
Konfransda onomastik vahidlər, onların xalqın tarixindəki rolu haqqında, qədim abidələrin dilindəki onomastik vahidlər haqqında, onomastik vahidlərin poetik-üslubi xüsusiyyətləri haqqında, onomastik normalar haqqında, yazıçı və şairlərin əsərlərindəki onomastik vahidlər, onomalogiyanın nəzəri əsasları, onomastik mənbələrin xarakteristikası və s. mövzular ətrafında müzakirələr aparılacaq.

Konfrans 23 aprel 2019-cu il tarixində saat 11:00-da Qərbi Kaspi Universitetinin İstiqlaliyyət 27 ünvanında yerləşən binasında keçiriləcək.