Qərbi Kaspi Universitetinin müəllim və tələbələrinin nəzərinə!
Universitet kitabxanası EBSCO Akademik E-kitab Kolleksiyasına abunə olmuşdur. Sizi bazanın təqdimatı və istifadəsinə dair " EBSCO Akademik E-kitab Kolleksiyasına giriş və istifadə" adlı onlayn vebinara dəvət edirik.
Qeydiyyat üçün link: https://tinyurl.com/4uc5ntxw
Vebinar 16 mart 2026-cı il tarixində saat 15:00-da (Bakı vaxtı ilə) keçiriləcəkdir.
Təlim zamanı aşağıdakıları öyrənəcəksiniz:
Qərbi Kaspi Universitetində mövcud olan elektron kitab kolleksiyasına necə və haradan daxil olmaq olar
Ən dəqiq axtarış nəticələrini əldə etmək üçün axtarış sorğularını necə formalaşdırmaq olar
Resurslarla işləyərkən hansı məhdudlaşdırıcıları və genişləndiriciləri tətbiq edə bilərsiniz
Nəşrləri necə yükləmək, göndərmək, istinad etmək və ixrac etmək olar
Mövzu başlıqlarından istifadə edərək axtarış sorğularını necə yaratmaq olar
Platformada şəxsi hesabın olması nə üçün zəruridir
Təlimçi: İryna Serjan, Müştəri Təlimi üzrə Mütəxəssis, EBSCO İnformasiya Xidməti
Qeyd edək ki, vebinar ingilis dilində olacaq və vebinardan sonra hər bir iştirakçıya sertifikat veriləcək.