Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Avropa Universitetlər Assosiasiyasının Azərbaycan təhsilinə etimadı artır

Avropa Universitetlər Assosiasiyasının Azərbaycan təhsilinə etimadı artır

Qərbi Kaspi Universiteti (QKU) Avropa Universitetlər Assosiasiyası (EUA) ilə əməkdaşlığını genişləndirərək Avropa ali təhsil məkanında mövqeyini daha da möhkəmləndirir. Təxminən 860 üzvü birləşdirən bu assosiasiya universitetlər arasında əməkdaşlıq və inkişaf üçün mühüm platformadır.
Universitet üçün əhəmiyyətli nailiyyətlərdən biri Qərbi Kaspi Universiteti rəhbərliyinin Avropa Universitetlər Assosiasiyasının Daimi Üzvlük Komitəsinə (Standing Membership Committee) üzv seçilməsidir. Bu komitə təşkilatın üzvlük siyasətinin idarə olunmasında və yeni üzvlərin qiymətləndirilməsində əsas rol oynayır.
Assosiasiyanın Daimi Üzvlük Komitəsi tərkibində Qərbi Kaspi Universiteti ilə yanaşı, aşağıdakı nüfuzlu universitet və qurumların nümayəndələri də təmsil olunur:
* Tilburg Universiteti (Niderland) – rektor Wim van de Donk (komitə sədri)
* İslandiya Universiteti – rektor Silja Bára Ómarsdóttir
* Avropa Universitetlər Assosiasiyası– Baş katib Amanda Crowfoot
* Flaman Universitetlərarası Şurası – Baş katib Koen Verlaeckt

Bu göstərici Qərbi Kaspi Universitetinin Avropa səviyyəsində reytinqinin yüksəldiyini nümayiş etdirir və universitetə beynəlxalq əməkdaşlıq, tədqiqat və akademik inkişaf üçün yeni imkanlar yaradır.