Avstraliyanın Sidney Texnologiya Universitetinin professoru tələbələrimizə mühazirə deyib
Qərbi Kaspi Universitetinin ənənəvi Beynəlxalq Yaz Mühazirələrinə start verilib.
Bu dəfə Sidney Texnologiya Universitetinin professoru Şami Nejadi Qərbi Kaspi Universitetinin tələbələri qarşısında mühazirə ilə çıxış edib. "İnşaat mühandisliyinə giriş" mövzusuna həsr olunan mühazirədən sonra profssor tələbələri maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Dr. Nejadi eyni zamanda Avstraliya Mühəndisləri İnstitutunun, Avstraliyanın Beton İnstitutunun (CIA) və Amerika Beton İnstitutunun (ACI) üzvüdür.