QKU: Azərbaycan dili üzrə Hazırlıq kursunda təhsil alan əcnəbi tələbələr proqramı uğurla başa vurub
Qərbi Kaspi Universitetinin Azərbaycan dili üzrə Hazırlıq kursunda təhsil alan əcnəbi tələbələri proqramı uğurla başa vurublar.
Hazırlıq kursunu bitirən 3 əcnəbi tələbə universitetin rəsmi sertifikatları ilə təltif olunub.
Onlar ABŞ-ın Texas ştatından Camille Jackson, Venesueladan İsaac Jose Romero Melendez və Braziliyadan Margareth Mee Lima Gomesdir.
Layihə Qərbi Kaspi Universitetinin Azərbaycan dili Hazırlıq kursunda həyata keçir.
Universitet beynəlxalq tələbələrin Azərbaycan dilini öyrənməsinə və Azərbaycan mədəniyyətini daha yaxından mənimsəməsinə xüsusi önəm verir.