Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

“Beyin, stres və koqnitiv proseslər” mövzusunda elmi seminar keçirilib

Qərbi Kaspi Universitetində “Beyin, stres və koqnitiv proseslər” mövzusunda elmi seminar keçirilib.

QKU-nun “Science group” tələbə elmi tədqiqat qrupu tərəfindən təşkil olunan seminarda stres, emosional gərginlik və koqnitiv proseslərin psixofizioloji mexanizmləri ilə bağlı araşdırmalar təqdim edilib.

Tələbələrin imtahan stresi, koqnitiv yüklənmə və orqanizmin adaptasiya funksiyalarına dair aparılan tədqiqatların nəticələri müzakirə olunub. 

Bildirilib ki, əldə olunan elmi nəticələr müxtəlif beynəlxalq jurnallarda dərc olunub və konfranslarda nümayiş edilib.

Sonda fərqlənən tələbələrə diplom və sertifikatlar təqdim olunub.