Büşra Nur Durmaz Qərbi Kaspi Universitetində
Qərbi Kaspi Universitetində Beynəlxalq Yaz Mühazirələri silsiləsi uğurla davam edir.
Erasmus+ Proqramı çərçivəsində akademik mobillik məqsədilə Büşra Nur Durmazın rəhbərliyi ilə universitetin Filologiya və Tərcümə Məktəbində mühazirələr təşkil edilir.
Büşra Nur Durmaz Türkiyənin Hasan Kalyoncu Universitetində İngilis dilinin tədrisi sahəsində fəaliyyət göstərən tədqiqatçı müəllimdir.
Onun elmi maraq dairəsinə ingilis dilinin tədrisi, dinləmə bacarıqları, metakoqnitiv fərqindəlik, emosional intellekt və təhsil sahəsində rəqəmsal simulyasiya əsaslı yanaşmalar daxildir.
O, TÜBİTAK layihələrində tədqiqatçı kimi fəaliyyət göstərib, beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edib və elmi məqalələrini beynəlxalq indeksli jurnallarda nəşr etdirib.