Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Konfrans: "Nüvə idarəedilməsi: nüvə silahının yayılmaması perspektivləri"

Qərb universitetinin müəllimləri Şəbnəm Nuriyeva və Günel Orudcova 8 -15 yanvar 2014-cü il tarixində, Andalo (Trento) İtaliyada keçiriləcək konfransda iştirak edəcəklər. Tərksilah və münaqişə nəzəriyyəsində Beynəlxalq Məktəb (International School on Disarmament and Research on Conflict) müasir dünyada nüvə məsələsini müzakirə etmək üçün müxtəlif ölkələrdən alimlər dəvət edib. Konfransın əsas adı: "Nüvə İdarəedilməsi: nüvə silahının yayılmaması perspektivləri".