Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

“De Gruyter” nəşriyyatı,“İnformaScore” və “Muroma”

Qərbi Kaspi Universitetinin Elmi Kitabxana Mərkəzinin əməkdaşları ilə Beynəlxalq akademik nəşriyyat olan “De Gruyter” nəşriyyatı,“İnformaScore” və “Muroma” şirkətinin nümayəndələrinin görüşü keçirilib.

Görüş zamanı Almaniyanın “De Gruyter” nəşriyyatının zəngin elektron kitab və jurnallarının  təqdimatından sonra gələcək əməkdaşlıq haqqında ilkin razılaşma əldə edilib.

Razılaşmaya əsasən 2020-ci ilin fevral ayından etibarən Qərbi Kaspi Universitetində “De Gruyter” nəşriyyatının zəngin jurnal bazasının onlayn istifadəsi mümkün olacaqdır.