Dizayn Məktəbinin tələbələri Azərbaycan Milli İncəsənət Muzeyində
Qərbi Kaspi Universitetinin Dizayn Məktəbinin tələbələri Azərbaycan Milli İncəsənət Muzeyinə səfər ediblər.
Tələbələr muzeydə nümayiş olunan dəyərli sənət əsərləri ilə yaxından tanış olublar. Praktiki ziyarət onlara müxtəlif dövrlərə və üslublara aid əsərləri canlı şəkildə görmək, onların ideya və kompozisiya xüsusiyyətlərini təhlil etmək imkanı yaradıb.
Bu səfər tələbələrin estetik baxışlarının formalaşmasına, yaradıcılıq təfəkkürünün inkişafına və sənətə daha dərindən yanaşmalarına müsbət təsir göstərib. Belə mədəni tədbirlər tələbələrin dünyagörüşünü zənginləşdirir, tarixi və milli irsə bağlılıqlarını gücləndirir, eyni zamanda gələcək dizayn fəaliyyətlərində yeni ideyaların yaranmasına stimul verir.