Dos.Gökhan Kırbaç Qərbi Kaspi Universitetində
Qərbi Kaspi Universitetində Beynəlxalq Yaz Mühazirələri silsiləsi uğurla davam edir.
Erasmus+ Proqramı çərçivəsində akademik mobillik məqsədilə Dos.Gökhan Kırbaçın rəhbərliyi ilə 12-15 tarixlərində mühazirələr təşkil edilir.
Dos.Gökhan Kırbaç Türkiyənin İstanbul Kültür Universitetində logistika və təchizat zəncirinin idarə olunması sahəsində akademik fəaliyyət göstərir.
Elmi maraq dairəsinə blokzəncir (blockchain) texnologiyası, təchizat zəncirinin idarə olunması, rəqəmsallaşma, dayanıqlı logistika və qlobal təchizat zəncirlərinin davamlılığı daxildir.
Dos.Gökhan Kırbaç beynəlxalq və milli elmi jurnallarda logistika və təchizat zənciri sahəsində məqalələr nəşr etdirib. Həmçinin sözügedən sahələr üzrə elmi kitab və kitab bölmələrinin müəllifidir.
Akademik fəaliyyəti çərçivəsində logistika, təchizat zəncirinin idarə olunması və blokzəncir texnologiyası üzrə müxtəlif fənnlərini tədris edir.