Əcnəbi tələbələrimiz ağacəkmə aksiyasında
Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Study in Azerbaijan"ın təşkilatçılığı ilə ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda əcnəbi tələbələrin şəbəkələşməsi və ictimai aktivliyinin artırılması məqsədilə Müşfiqabad qəsəbəsində ağacəkmə kampaniyası təşkil olunub.
Aksiyada Qərbi Kaspi Universitetində təhsil alan əcnəbi tələbələrdən də bir qrupu iştirak edib.