Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • “Elmi xəbərlər” jurnalının İctimai və Texniki elmlər seriyası işıq üzü görüb

“Elmi xəbərlər” jurnalının İctimai və Texniki elmlər seriyası işıq üzü görüb

“Elmi xəbərlər” jurnalının İctimai və Texniki elmlər seriyası işıq üzü görüb

Qərbi Kaspi Universitetinin “Elmi xəbərlər” jurnalının İctimai və Texniki elmlər seriyası 2023-ci il üzrə birinci nömrəsi oxuculara təqdim olunub. Jurnalın bu sayında müxtəlif aktual iqtisadi, tarix, texniki, ekologiya mövzularda elmi məqalələr yer alıb.
Jurnal ildə 4 dəfə dərc olunur.
“Elmi xəbərlər” jurnalının İctimai və Texniki elmlər seriyasının iqtisadiyyat bölməsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 8 fevral 2023-cü il tarixli qərarı ilə iqtisadiyyat üzrə Azərbaycanda dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir.
Jurnal Beynalxalq elmi məlumat bazalarına daxildir: Advanced Sciences İndex, Crossref, Academic Resource Index ResearchBib; Citefactor, Sherpa Romeo, Root Society for Indexing and Impact Factor Service, Scilit, Open access;J-Gate, International Scientific Indexing (ISI); Eurasian Scientific Journal Index. indekslərinə daxildir. Xülasələndirilmə və indeksləşdirilmə davam etməkdədir.
Hər məqaləyə DOİ indeks verilir.
Jurnal iqtisadiyyat, tarix, texniki, ekologiya sahəsində elmi-nəzəri məqalələrin, araşdırma materiallarının müasir dövrün tələblərinə uyğun formatda nəşrini həyata keçirir. Məqalələr Azərbaycan, rus, türk və ingilis dillərində çap edilir. Habelə jurnalın elektron variant Qərbi Kaspi Universitetinin saytında yerləşdirilir ki, burada məqalələrlə elektron qaydada tanış olmaq mümkündür