Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Erasmus+ proqramı çərçivəsində mütəxəssislər QKU rəhbərliyi ilə görüşüb 

Qərbi Kaspi Universitetində təşkil edilən Beynəlxalq Yaz Mühazirələri silsiləsi dinamik şəkildə davam etməkdədir.

Erasmus+ proqramı çərçivəsində akademik mobillik məqsədilə Türkiyənin İstanbul Kültür Universitetinin akademiki dos. Gökhan Kırbaç, eləcə də Hasan Kalyoncu Universitetinin müəllim-tədqiqatçıları Büşra Nur Durmaz və Şeyma Yıldırım tərəfindən mühazirələr təqdim olunub.

Mühazirələr uğurla yekunlaşıb.

Səfər çərçivəsində qonaqlar Qərbi Kaspi Universitetinin rəhbərliyi ilə görüş keçiriblər.

Görüşdə bildirilib ki, Erasmus+ proqramı çərçivəsində həyata keçirilən akademik əməkdaşlıq universitetlər arasında təcrübə mübadiləsinin genişləndirilməsinə və tədris keyfiyyətinin artırılmasına mühüm töhfə verir.