"Bakı-2015" Avropa Oyunlarının təbliğinə həsr olunmuş "Media və təhsil dialoqu: peş
19.05.2015 tarixində Təhsil Nazirliyinin təşəbbüsü ilə "Azərbaycan" Universitetində "Bakı-2015" I Avropa Oyunlarının təbliğinə həsr olunmuş "Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim-konfrans keçirildi.
Təlim-konfransda Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri və tələbələr iştirak etdilər.
Qərb Universitetindən isə Universitetin müəllimi, Mətbuat Xidmətinin Rəhbəri Şahverdiyev Akif və İşgüzar-İnzibatçılıq fakültəsinin IV kurs tələbəsi Cəfərov Orxan iştirak etdilər.
Təlimdə uğurlu iştiraka görə Universitetimizin nümayəndələrinə sertifikatlar verildi.
Konfransda media və təhsil əlaqələri, təhsilin keyfiyyəti və KİV, ictimaiyyətlə əlaqələr (PR) üzrə peşəkar vərdişlərin yaradılması ilə bağlı təqdimatlar dinlənildi və təlimlər keçirildi.
"Azərtac” dövlət informasiya agentliyi, "Azad Azərbaycan" televiziyası və "APA-Holdinq"in informasiya dəstəyi ilə təşkil olunmuş konfransda media və təhsil dialoqunun daha da yaxşılaşdırılması ilə bağlı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr səsləndirildi.
<pstyle="text-align: justify;"="">
Günün ikinci yarısında təlim-konfrans iştirakçılarının "Bakı-2015" I Avropa Oyunlarının Mətbuat Kəndinə və Milli Gimnastika Arenasına səfəri təşkil olundu.
Qeyd edək ki, bu təlim-konfrans Təhsil Nazirliyinin "Media və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca üçüncü konfransdır.