Tələbələr üçün qida təhlükəsizliyi ilə bağlı vebinar keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nümayəndələrinin Qərbi Kaspi Universitetinin tələbələri üçün vebinarı olacaq.
Sentyabrın 2-də keçiriləcək vebinar saat 11:00-da başlayacaq. “Qida təhlükəsizliyi: mahiyyəti və müasir yanaşmalar” mövzusunda keçiriləcək vebinarda AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Ramazan Nəbiyevin, AQTA-nın Hüquq, kadr və icraya nəzarət şöbəsinin Dövlət qulluğu və kadr məsələləri sektorunun müdiri Tural Əlizadənin, AQTİ-nin sədr müavini Elşad Məmmədovun çıxışları nəzərdə tutulur. Daha sonra mütəxəssislər tələbələri maraqlandıran sualları cavablandıracaqlar.