Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

"Azərbaycan: Gələcəyə baxış" mövzusunda ali təhsil konfransı

Aprelin 24-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş "Azərbaycan: Gələcəyə baxış” mövzusunda ali təhsil müəssisələri tələbələrinin Respublika konfransı keçirilmişdir.

Konfrans Akademiyanın böyük iclas zalında Azərbaycanda fəaliyyət göstərən digər ali təhsil müəssisələrindən gələn qonaqların, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçmişdir. Tədbiri akademiyanın rektoru sosiologiya elmləri doktoru Hüseyn Qaraşov açaraq, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində qoyduğu dərin izdən, vətənpərvərlik ideologiyasından və gənclərə qayğısından geniş söz açmışdır.
.
Daha sonra konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirib. Burada iştirak edən tələbələr iştirakçıların marağına səbəb olan müxtəlif məruzələrlə çıxış etmişlər. Konfransda respublikanın 9 ali təhsil müəssisəsindən 146 tələbə məruzə ilə çıxış etmişdir.
.
Konfrans müxtəlif bölmələr üzrə işini yekunlaşdırdıqdan sonra, dinlənilən məruzələr münsiflər heyəti tərəfindən qiymətləndirilərək, hər bölmə üzrə ən yaxşı üç məruzəçi mükafatlandırılıb təltif olunmuşdur. Universitetimizin "işgüzar inzibatçılıq” fakültəsinin II kurs tələbəsi Rəhimli Aydan "Riyaziyyat və təbiət elmləri” bölməsi üzrə qalib gələrək 1-ci yerə, Əcəmova Nəzrin isə 4-cü yerə layiq görülmüşdür.