Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • 8 Noyabr – Zəfər Günü münasibətilə Qərbi Kaspi Universitetinin Tələbə Dəstək Mərkəzi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə daxili idman turniri təşkil olunmuşdur.

8 Noyabr – Zəfər Günü münasibətilə Qərbi Kaspi Universitetinin Tələbə Dəstək Mərkəzi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə daxili idman turniri təşkil olunmuşdur.

Turnir çərçivəsində tələbələr beş idman növü üzrə öz bacarıqlarını, əzmkarlıqlarını və komanda ruhunu nümayiş etdiriblər:

 Voleybol
 Futbol
 Basketbol
 Stolüstü tennis
 Kəndir dartma

Rəqabət, komanda ruhu və bol həyəcanla yadda qalan yarışlarda iştirakçılar həm idman bacarıqlarını sınayıb, həm də xoş və yaddaqalan anlar yaşayıblar.

Turnirin yekununda qaliblər sertifikatlarla mükafatlandırılıblar.

Bu cür təşəbbüslər tələbələrin asudə vaxtının səmərəli təşkili, idmana marağının artırılması və universitet həyatında fəal iştirakının dəstəklənməsinə töhfə verir.

WCU Gallery