İqtisadiyyat və Biznes Məktəbinin müəllimləri növbəti beynəlxalq konfransda iştirak ediblər
Qərbi Kaspi Uneversitetinin İqtisadiyyat və Biznes Məktəbinin müəllimləri növbəti beynəlxalq konfransda iştirak ediblər.
Almaniyanın Hamburq şəhərində keçirilən “European Academy of science and research” Beynəlxalq elmi praktik konfransda Qərbi Kaspi Uneversitetinin “Maliyyə və mühasibat uçotu” kafedrasının professoru Pərviz Qurbanovun “Kənd təsərrüfatında istehsalın lizinqə verilmiş texniki vasitələrlə təmin olunma zəruriliyi”, “Turizim və sahələr iqtisadiyyatı” kafedrasının dosenti Firuz Qurbanov və “Menecment” kafedrasının müəllimi Həmid Əlizadənin birgə hazırladıqları “Aqrar turizim – turizm sənayesində müasir sektor kimi” mövzusunda elmi tezisləri konfransda müzakirə olunub.