“İqtisadiyyat və IT istiqamətli ixtisaslarda təlim: karyera planlaması və peşəkar uğur” adlı təlim keçirilib
Qərbi Kaspi Universitetində “İqtisadiyyat və IT istiqamətli ixtisaslarda təlim: karyera planlaması və peşəkar uğur” adlı təlim keçirilib.
Təlim “Global Money Week 2026” çərçivəsində təşkil olunub və maliyyə savadlılığının uğurlu karyera inkişafındakı əhəmiyyətinə həsr edilib.
Tədbirdə İnsan Kapitalı Departamenti, Təhsil və İnkişaf şöbəsinin rəhbəri Xumar Hüseynova “Maliyyə savadlılığının uğurlu karyeraya təsiri” mövzusunda çıxış edib. İnsan Kapitalı Departamenti, Biznes Partnyorluq şöbəsinin rəhbəri İlhamə Rüstəmli isə “Karyera planlaması və AccessBank-da karyera imkanları” mövzusundan bəhs edib.
Təlim zamanı şəxsi büdcənin düzgün idarə olunması, əsaslandırılmış maliyyə qərarlarının verilməsi və maliyyə intizamının uzunmüddətli uğura təsiri geniş şəkildə müzakirə olunub.
AccessBank-da mövcud karyera imkanları, işə qəbul prosesi və peşəkar inkişaf perspektivləri barədə iştirakçılara ətraflı məlumat verilib.