Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Koreya Respublikasının Hanyanq ERICA Universitetinin nümayəndələri QKU-da olub

Koreya Respublikasının Hanyanq ERICA Universitetinin nümayəndələri Qərbi Kaspi Universitetinə səfər ediblər.

Onlar Hanyanq ERICA Universitetinin Vyetnam və Myanmada fəaliyyət göstərən Qəbul Mərkəzinin direktoru, “Worldedupia” şirkətinin baş direktoru Byung-kyu Choi, eləcə də Hanyanq ERICA Universitetinin Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri BoKyung Kimdir.

Səfər çərçivəsində universitet rəhbərliyi ilə görüş keçirilib.

Görüş zamanı iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları, tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələri, eləcə də ikili diplom proqramlarının yaradılması istiqamətində müzakirələr aparılıb.