31 Mart Soyqırımı Gününə həsr olunmuş elmi-praktiki seminar keçirilib
Qərbi Kaspi Universitetinin Tarix və fəlsəfə kafedrasının təşkilatçlığı ilə 31 Mart Soyqırım Gününə həsr olunmuş elmi-praktiki seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Qərbi Kaspi Universitetinin professoru Hüseyn Bağırov 1918-ci ildə erməni-daşnak qüvvələri tərəfindən Azərbaycanlılara qarşı planlı şəkildə həyata keçirilmiş soyqım aktlarının tarixi köklərini, səbəb və məqsədlərini şərh edərək, bu hadisənin zəif öyrənilmiş tərəflərinin elmi cəhətdən tədqiqinin vacibliyini və hadisənin xalqımızın bütövlüyü uğrunda azadlıq mübarizəsinin tərkib hissəsi olduğunu vurğuladı.
Seminarda "Yeni nəsil jurnalistlər birliyin sədri" tədqiqatçı-jurnalist Arif Əliyev "Mart soyqırımı Azərbaycan və Qafqaz mediasında", Universitetin Beynəlxalq münasibətlər və Politologiya kafedrasının əməkdaşı Adıgözəl Məmmədov "Mart soyqırmı şahidlərin ifadələrində", Tarix və fəlsəfə kafedrasının əməkdaşları Arif Əlizadə "Urmiya soyqırmının törədilməsində erməni-daşnak və aysorların birgə fəaliyyəti və Zahid Vəliyev "Mart Soyqırımının hüquqi aspektləri" başlıqlı mərzulərlə çıxış edərək hadisənin siyasi, ideoloji, tarixi, hüquqi aspektlərini təqdim ediblər.