Məzun 2025
Əziz məzunlarımız!
Sizi Qərbi Kaspi Universitetinin təşkil etdiyi möhtəşəm "Məzun 2025" tədbirinə dəvət edirik. Bu xüsusi gündə sizinlə birlikdə olmaqdan böyük qürur və sevinc hissi duyuruq. Tədbir zamanı illərlə bir yerdə keçirdiyimiz xoş xatirələri birlikdə yenidən yaşayacaq, müəllim və dostlarınızla görüşəcək, universitet həyatınızın ən unudulmaz anlarını qeyd edəcəyik.
Gəlin bu əlamətdar günü birlikdə qeyd edək, gözəl anlar paylaşaq və gələcəyə doğru yeni addımlar ataq!