Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Müdafiə naziri "ADEX 2024”-də Qərbi Kaspi Universitetinin stendi ilə tanış olub

Müdafiə naziri

Azərbaycan Respublikasının müdafi naziri, general-polkovnik Zakir Həsənov "ADEX 2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Qərbi Kaspi Universitetinin stendi ilə tanış olub.

Nazirə tələbələrin universitetin Texnoparkında hazırladıqları və sərgiyə çıxardıqları layihə barədə məlumat verilib.

Qeyd edək ki, universitetimizin stendində təqdim olunan elektrikli və uzaq məsafədən idarə olunan avtonom Minaaxtaran və Kəşfiyyat Maşını layihəsi xüsusilə insan həyatına təhlükə yarada biləcək ərazilərdə mina axtarma, kamikadze əməliyyatını icra edən pilotsuz uçuş aparatları vasitəsi ilə eyni zamanda kəşfiyyat xarakterli əməliyyatların icrasında da istifadə üçün nəzərdə tutulmuşdur.