Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Müəllim və tələbələrimiz latviyalı alimlərlə birgə tədqiqatlar aparırlar

Müəllim və tələbələrimiz latviyalı alimlərlə birgə tədqiqatlar aparırlar

Qərbi Kaspi Universitetinin Təbiət elmləri kafedrasının müəllimləri, b.ü.f.d. Mahmud Hümbətov və Könül Əhmədova Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin “Su bioehtiyatları və akvakultura” ixtisası üzrə təhsil alan IV kurs bakalavr və II kurs magistr tələbələrinin iştirakı ilə Astara rayonunda elmi ekspedisiyada olublar. Ekspedisiya zamanı Xəzər dənizinin sahil zonasından yanüzən xərçənglər (Crustacea, Amphipoda) faunasına aid hidrobioloji nümunələr toplanıb.

Toplanmış nümunələrdə növlərin təyini Qərbi Kaspi Universitetinin Hidrobiologiya laboratoriyasına həyata keçiriləcək.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunun cənub sahillərində yayılmış yanüzən xərçənglər faunası Latviyanın Təbiət Araşdırmaları Mərkəzinin Hidrobiontların təkamül ekologiyası laboratoriyasının əməkdaşları ilə birlikdə öyrənilir.