Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Müraciətlərin qəbulu haqqında elanı: İngilis Dili Müəllimləri Konfransı

Müraciətlərin qəbulu haqqında elanı: İngilis Dili Müəllimləri Konfransı

ABŞ Dövlət Departamentinin Regional İngilis Dili Ofisi (RELO) Qərbi Kaspi Universiteti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın bütün bölgələrindən olan ingilis dili müəllimlərini 31 yanvar tarixində Bakıda, Qərbi Kaspi Universitetində keçiriləcək birgünlük peşəkar inkişaf konfransına müraciət etməyə dəvət edir.

Kimlər müraciət edə bilər? 

Orta məktəblərdə ingilis dili müəllimləri

Ali təhsil müəssisələrində calışan ingilis dili müəllimləri

İngilis dili üzrə müəllimliyə hazırlaşan müəllimlər

Regional təmsilçiliyin genişliyini və aktiv iştirakı təmin etmək məqsədilə müsabiqə əsasında təxminən 100 iştirakçı seçiləcək.

Konfrans haqqında məlumat:

Məkan: Qərbi Kaspi Universiteti

Tarix və vaxt: Şənbə, 31 yanvar 2026-cı il, 09:30–16:30

İştirak sertifikatı təqdim olunacaq

Müraciət üçün:  https://forms.gle/ZKx2cqsBY93mLo448

Son müraciət tarixi: 22 yanvar 2026