Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə “Narkomaniya, onun psixoloji səbəbləri və təhsil müəssisələrində görülməli işlər” mövzusunda universitet tələbələri və eyni zamanda orta məktəb şagirdlərinin iştirakı ilə maarifləndirici onlayn tədbir keçirilib

Tədbirdə Nərimanov rayon Polis İdarəsinin Narkotiklə Mübarizə bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Fuad Musayev, Qərbi Kaspi Universitetinin Hüquq kafedrasının müəllimi Zahid Vəliyev, Qərbi Kaspi Universitetinin Psixologiya kafedrasının müəllimləri, klinik psixoloq Səyyarə Yusubova və Afərin Abbasovanın çıxışları dinlənilib.