Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universiteti Beynəlxalq Konfransda iştirak edəcək

Qərbi Kaspi Universiteti Pakistan Virtual Universiteti tərəfindən təşkil edilən Pandemiya Sonrası Ekoloji Davamlılıq: Çağırışlar və İT-nin rolu mövzusunda Beynəlxalq Konfransda iştirak edəcək. Konfrans 6-7 oktyabr 2020-ci il tarixlərində səhər saat 08: 00-da (Bakı vaxtı ilə) baş tutacaq.

Konfransın əsas mövzusu belədir:

İnformasiya Texnologiyaları üçün Çağırışlar və Fürsətlər aparıcı akademik alimləri, tədqiqatçıları və tədqiqatçı elmi işçiləri ekoloji davamlılığın bütün aspektləri və ətraf mühitin qorunması və ekoloji davamlılığın yaxşılaşdırılması üçün İT rolu barədə təcrübə və tədqiqat nəticələrinin mübadiləsi üçün bir araya gətirməyi hədəfləyir. Eləcə də, bu sahədə fəal məşğul olan tədqiqatçılar, təcrübəçilər, pedaqoqlar, ekoloqlar, təbiəti qoruyanlar, botaniklər, zooloqlar, entomoloqlar, okeanoloqlar və İT mütəxəssisləri üçün ən son yenilikləri, tendensiyaları və narahatlıqları, eləcə də, ekoloji davamlılıq sahələrində qarşılaşılan praktik çətinliklər və həll yolları nümayiş etdirmək və müzakirə etmək üçün ilk fənlərarası platforma təqdim edir.