Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Nizami Gəncəvi ilinə həsr olunmuş “Azərbaycandan dünyaya doğan günəş” adlı ədəbi-bədii gecə

Nizami Gəncəvi ilinə həsr olunmuş “Azərbaycandan dünyaya doğan günəş” adlı ədəbi-bədii gecə

Qərbi Kaspi Universiteti Filologiya və Tərcümə Məktəbi və Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi ili”nə həsr olunmuş “Azərbaycandan dünyaya doğan günəş” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə Qərbi Kaspi Universitetinin müəllim və tədqiqatçıları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Qədim dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmlər doktoru, professor İmamverdi Həmidov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ”Komparativistika və bədii tərcümə” şöbəsinin müdiri, filologiya elmlər doktoru, professor Şəfəq Əlibəyli, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva çıxış ediblər. Universitetimizin tələbələri tərəfindən Nizami Gəncəvi əsərlərindən nümunələr söylənilib, səhnələr təqdim olunub.

Daha sonra iştirakçılar universitetin tələbələri tərəfindən Nizaminin əsərələri əsasında hazırlanmış sərgi ilə tanış olublar.