Dağ Mühafizə Mükafatı almaq imkanı
Lenovo tərəfindən təqdim olunan 2025 UIAA (Beynəlxalq Dırmanma və Alpinizm Federasiyası) Dağ Mühafizəsi Mükafatı (DMM) üçün ərizələrin artıq açıq olduğunu bildirməkdən məmnunuq! 2013-cü ildən etibarən Dağ Mühafizəsi Mükafatı (DMM) bütün dünyada dağ mühitinin davamlı mühafizəsini təşviq edən əlamətdar təşəbbüsləri tanımış və dəstəkləmişdir.
Əgər sizin təşkilatınız ətraf mühitin davamlılığı və iqlim dəyişikliyinə diqqət yetirən dağ idman növlərinə əsaslanan layihə üzərində işləyirsə, sizi bu nüfuzlu mükafata müraciət etməyi tövsiyə edirik. Seçilmiş layihələr dünyada tanınma, maliyyə imkanları və öz səylərini beynəlxalq auditoriyaya nümayiş etdirmək şansı əldə edəcək.
Əsas təfərrüatlar:
Müraciət üçün son tarix: 15 may 2025-ci il
Üstünlüklər: Ümumi qalib 8'000 Avro, dünyada tanınma, xüsusi mükafatlandırma mərasiminə ödənişli səfər əldə edir. Bundan əlavə, konsepsiya mərhələsində olan layihələr arasında 2'000 Avro, dünyada tanınma, konsepsiyanı daha da inkişaf etdirmək və onun həyata keçirilməsini dəstəkləmək üçün mütəxəsis rəyi və məsləhəti alan layihələr arasında ən yaxşı yeni təşəbbüs mükafatlandırılır.
Bundan əlavə, konsepsiya mərhələsində olan layihələr arasındakı ən yaxşı yeni təşəbbüs 2000 Avro, dünyada tanınma, konsepsiyanı daha da inkişaf etdirmək və həyata keçirilməsini dəstəkləmək məqsədilə mütəxəsis rəyi və məsləhətləri ilə mükafatlandırılır.
Addımlar: 1. Ərizə təlimatlarını oxuyun, 2. Ərizənizi oflayn hazırlayın, 3. Ərizənizi onlayn təqdim edin
Dağların mühafizəsi və davamlılığı sahəsindəki işinizə görə beynəlxalq səviyyədə tanınmaq və qiymətləndirmə komandamızdan dəyərli rəy almaq üçün bu fürsəti qaçırmayın.
İndi müraciət edin: https://theuiaa.typeform.com/mpa-application
Əlavə məlumat üçün https://www.theuiaa.org/mountain-protection-award/ saytına daxil olun və ya mountainprotection@theuiaa.org ünvanına müraciət edin.
Müraciətinizi qəbul etməyi və dağların mühafizəsi üzrə təsirli təşəbbüsləri qeyd etməyi səbirsizliklə gözləyirik!