Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbəmiz beynəlxalq konfransda iştirak edib

Tələbəmiz beynəlxalq konfransda iştirak edib

Qərbi Kaspi Universitetinin İqtisadiyyat və Biznes məktəbinin Menecment ixtisasının IV kurs  tələbəsi Ramul İbrahimli beynəlxalq konfransda iştirak edib.  

Litva Biznes Tətbiqi Elmlər Universitetinin təşkil etdiyi XVII Beynəlxalq Elmi və Metodik Tələbə Konfransında tələbəmiz "Nəqliyyat dəhlizi kimi Xəzər dəniz gəmiçiliyində lizinqin istifadəsi" ("The Use of Leasing for the Needs of Caspian Shipping as a Transportation Hub") mövzusunda elmi məqalə ilə çıxış edib.