Tələbəmizin Agro AI layihəsi “Startup School 4: Five Continents – 500 Startups” beynəlxalq proqramının final mərhələsinə yüksəlib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4: Five Continents – 500 Startups” beynəlxalq innovasiya və startap proqramı çərçivəsində Qərbi Kaspi Universitetinin tələbəsi Səkinə Rüstəmovanın Agro AI layihəsi final mərhələsinə vəsiqə qazanıb.
Bu proqramınproqramın dördüncü buraxılışına 15 ölkədən 500 layihə müraciəti daxil olub. Seçim mərhələsi sonra 70 komanda final mərhələsinə vəsiqə qazanıb. Finalçılar arasında yer alan Agro AI layihəsi kənd təsərrüfatında süni
intellekt və kompüter görməsi texnologiyalarının tətbiqinə əsaslanan innovativ həll kimi diqqət çəkir.
Layihənin əsas məqsədi heyvandarlıq sektorunda mövcud olan bir sıra aktual problemlərin həllinə töhfə verməkdir. Xüsusilə ucqar ərazilərdə baytarlıq xidmətlərinə çıxışın məhdudluğu, yem resurslarının səmərəsiz istifadəsi və xəstəliklərin gec aşkarlanması heyvandarlıq təsərrüfatlarının məhsuldarlığına və iqtisadi səmərəliliyinə mənfi təsir göstərir. Agro AI bu problemlərin aradan qaldırılması üçün texnoloji əsaslı, əlçatan və praktik həll təqdim edir.
Fermer heyvanın yalnız fotoşəklini çəkərək onun çəkisi haqqında məlumat əldə edə, yemləmə ehtiyaclarını qiymətləndirə və mümkün sağlamlıq problemlərinin ilkin əlamətlərini müəyyənləşdirə bilər.
Qeyd edək ki, beş qitədən startapları, mentorları,
investorları və innovasiya ekosisteminin digər iştirakçılarını bir araya gətirən proqramın əsas məqsədi innovativ təşəbbüslərin beynəlxalq əlaqələrini genişləndirmək, onların inkişafını dəstəkləmək və qlobal bazarlara çıxış imkanlarını artırmaqdır. “Five Continents” – “Beş qitə” ifadəsi proqramın Afrika, Avropa, Asiya, Amerika və Avstraliya qitələrini əhatə edən beynəlxalq miqyasını və coğrafi əhatəsini əks etdirir.







