Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz “Sabahın alimləri” Viii respublika müsabiqəsində

Qərbi Kaspi Universitetinin Texnoparkında müxtəlif layihələr üzərində çalışan tələbələrimiz “Sabahın alimləri” VIII respublika müsabiqəsində iştirak edirlər.

Qərbi Kaspi Universitetinin tələbəsi Nicat Səfərovun və Qərbi Kaspi Universiteti orta məktəbini şagirdi Edel Tarzumanovanının işlədiyi "Ecomister fish" layihəsi və digər tələbəmiz Cəbrayıl Şahbazov və məktəbli Murad Eyvazzadənin "Xseron" layihəsi münsiflər heyətinin və sərgi iştirakçılarının marağına səbəb olub.

Məlumat üçün bildirək ki, "Ecomister fish" layihəsi su hövzələrinin ekoloji vəziyyəti haqqında operativ informasiya alınmasını təmin edir. Modelin korpusu 3D printer ilə hazırlanmışdır. Bu süni balıq göstərilən koordinantlara uyğun olaraq su hövzələrini monitorinq edə, həmin sahəni video vasitəsilə ötürə bilir.

Xseron layihəsi isə süni intellekt moduludur. Bütün əməliyyatlar süni intellekt tərəfindən idarə olunur. Radiodalğa ilə idarəedən əlcək 6 təkərli modulu 1000 metrədək məsafədən idarə edə bilir, hər hansı bir istənilən bucaq altında dönə bilir.

Qeyd edək ki, bu müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən, dünyanın 75 ölkəsindən 1800-dən çox şagirdin qatıldığı InteI ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.