Tələbələrimiz daha bir konfransda startuplarını təqdim ediblər
Fevralın 28-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Startap layihələrinin dəstəklənməsi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə startapçılar yeni layihələrini təqdim ediblər. Həmçinin gənc sahibkar və startapçıların təklifləri dinlənilib, startapçılar ilə investorlar arasında işgüzar münasibətlərin qurulması, yeni ideyaların reallaşdırılması istiqamətində müzakirələr aparılıb.
Tədbirdə Qərbi Kaspi Universitetinin Texnoparkında layihələr üzərində işləyən tələbəmiz Cəbrayıl Şahbazov və məktəbli Murad Eyvazzadə və başqa bir tələbəmiz Azər Nemanlı öz startuplarını təqdim ediblər.
Qeyd edək ki, C.Şahbazov və M.Eyvazzadənin "Xseron" modulunda bütün əməliyyatlar süni intellekt tərəfindən idarə olunur. Radiodalğa ilə idarəedən əlcək 6 təkərli modulu 1000 metrədək məsafədən idarə edə bilir, hər hansı bir istənilən bucaq altında dönə bilir.Tərkibində müxtəlif sensorlar var. Alov, temperatur, nəmlik, qaz axını sensorları və s.
Bütün informasiya internet olmaq şərtilə hər yerə göndərilə bilər. Robot qoldan istifadə olunaraq yanğın olan ərazini yanğınsöndürmə kürəciyi vasitəsilə söndürmək mümkün olur. Modulu drona da çevirmək mümkündür. Dron yanğın ərazisinə yanğınsöndürmə kürəciyini ata bilər.
A.Nemanlının "Vooby" layihəsi isə insanların heç bir ödəniş etmədən öyrənmək istədiyi dili danışan başqa bir insanla onlayn olaraq qarşılıqlı şəkildə dil öyrənə bilməsini təmin etməyi nəzərdə tutur.
Tələbələrimizin təqdim etdiyi startuplar iştirakçılar tərəfindən maraql qarşılanıb.