Tələbələrimizin işləri Beynəlxalq Konfrans çərçivəsində təşkil olunan sərgidə
Aprelin 16-da Azərbaycan İstiqlal Muzeyində Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində “Narkomaniya – bəşəriyyətin bəlası” adlı sərgi nümayiş etdirilib.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov bildirdi ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra narkomaniya probleminə qarşı mübarizədə yeni mərhələ başlayıb.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və başqaları çıxış edərək tədbirin önəmindən danışdılar, narkomaniyaya qarşı mübarizənin vacibliyini vurğulayıblar.
Qərbi Kaspi Universitetinin Dizayn Məktəbinin və Kollecinin tələbələri bu sərgidə öz yaradıcılıq işləri ilə çıxış ediblər.
Tələbələrimiz təşəkkürnamələr ilə təltif ediliblər.