Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Müəllimlərimiz beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) 60 illik yubileyinə həsr olunan "Riyaziyyat və mexanikanın müasir problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda Azərbaycanla yanaşı ABŞ, Türkiyə, Rusiya, İran, Meksika və İsraildən olan alimlər mühazirələrlə çıxış ediblər. Konfransa Qərbi Kaspi Universitetinin müəllimləri də qatılıblar.

Qərbi Kaspi Universitetinin müəllimi Oqtay Əzizov konfransda “Kəsilməz differensial formalar üçün vahid sıxlıqlı lay potensialının törəməsininromb tipli oblastda kəsilməzliyi haqqında” adlı mühazirə ilə çıxış edib.